"Azərbaycanı Avropa məkanından uzaqlaşdırmağa çalışanlar var"

"Bir il bundan öncə AŞPA-da İstintaq qrupu yaradılıb. Biz bununla bağlı mənfi mövqeyimizi bildirmişdik və bu özünü doğrultdu. Bu qrup öz işini yekunlaşdırdıqdan sonra yalnız 90 faizini Azərbaycana həsr edən sənəd kimi təqdim etdi". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün keçirilən mətbuat konfransında deyib.

AŞPA-nın fəaliyyətində nöqsanların olduğunu deyən S.Seyidov söyləyib ki, baxmayaraq ki, orada dəfələrlə Ermənistanla bağlı məsələləri qaldırsaq da heç bir nəticə əldə olunmadı: "Biz onların fikirlərini Ermənistanla bağlı məsələlərə yönəltməyə çalışırdıq. Necə olur ki dən ölkədə baş verən özbaşınalıqlara göz yumulur. Hətta vəziyyət o yerə gəlib çıxdı ki, Ermənistanda xalq hakimiyyəti silib atdı. Bütün bunlar AŞPA-da müzakirə olunmadığı təqdirdə Azərbaycanla bağlı əsassız məsələlər Avropa Şurasında müzakirəyə çıxarılır. Son iclasda qeyd edilmişdi ki, AŞPA monitorinq qrupunun hazırladığı sənədə Azərbaycanın adının çıxarılması təklif olunmuşdu. Qeyd olunmuşdu ki, həmin məruzəyə Azərbaycanın adının salınması düzgün deyil və bu ad məruzədən çıxarılmalıdır. Qeyd olunmuşdur ki, əgər başqa ölkələrlə bağlı fikir bildirilmirsə, məruzədə Azərbaycanla bağlı mövqe bildirmək düzgün deyil. Lakin bu çıxış orada nəzərə alınmadı. Çox təəssüf ki, Azərbaycanı Avropa məkanından uzaqlaşdırmağa çalışmaq istəyənlər belə addımlar atırlar. AŞPA-da Azərbaycanla bağlı 200 səhifəlik sənəddə yazılanların Azərbaycana aid olmadığının şahidi olarsınız. Cəmi 4 cümlə Ermənistana həsr olunub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...