"AŞPA qəbul olunan qərar ikili standartların tərkib hissəsidir"

"Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edib, edir və bundan sonra da davam edəcək. Amma bu o demək deyil ki, Avropa Şurasında Azərbaycana qarşı xüsusi fəaliyyət mövcud deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ötən gün AŞPA-dakı qəbul olunan qərar ikilistandartların tərkib hissəsidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün keçirilən mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, 1992-ci ildə də Azərbaycan qarşı qeyri-qanuni sanksiya qəbul olunub: "Ötən gün baş verən hadisə eyni silsilədəndir. AŞPA bir neçə deputata sanksiya tətbiq edib. Bu sanksiyaların tətbiqi ilə bağlı məktub göndərmişəm. Bu davranış heç bir əsasa malik olmayan, ölkəmizə qarşı təzyiq, ölkəmizi istəməyən qüvvələrin dəyirmanına su tökmək kimidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə