Yerevanda şəhər meri əleyhinə mitinq keçirilib

Ermənistanın paytaxtı Yerevanda şəhər meri Taron Marqaryanın əleyhinə mitinq keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, merin istefasını tələb edən etirazçılar meriyanın binasına daxil olublar.

Mitinq iştirakçıları meriya binasına daxil olaraq merin kabinetinə daxil olmağa çalışıblar. Onların qarşısını polis əməkdaşları və meriyanın işçiləri kəsiblər.

Marqaryanın əleyhdarları meriya yaxınlığında olan parkın yenilənməsi ilə əlaqədar aparılan işlər zamanı ağacların kəsilməsinə narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Taron Marqaryan hazırda müxalifəti təmsil edən “Respublika” partiyasının üzvüdür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə