Aydın Mirzəzadə: “Dövlət müstəqilliyimizin bərpası tarixi hadisə idi" AÇIQLAMA

“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixinin çox şərəfli səhifələrindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, 100 illik fasilədən sonra xalqımızın dövlət müstəqilliyini bərpa etməsi tarixi hadisə idi: “Bu, çox təəssüf ki, həmin dövrdə cəbhədə gedən proseslər müstəqilliyimizin davam etməsinə imkan vermədi. Amma cəmiyyətimiz həmişə bununla bağlı xoş xatirələr yaşayırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verdiyi sərəncam cəmiyyətdə böyük razılıqla qarşılandı. Bu, ilk növbədə tariximizə çox böyük sayqı ilə yanaşmanın, Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarının məntiqi olaraq davam etməsinin göstəricisi idi. Ən əsası isə 100 il bundan əvvəl Cümhuriyyətin başladığı işin indi müstəqil Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilməsi kimi qəbul edilə bilər. Cənab Prezidentimiz ilk növbədə AXC dövrünün öyrənilməsinin, ona sahib çıxmasının vacibliyini ortaya qoydu. Özünü Azərbaycanın Vətəninə bağlı olan çox dəyərli bir vətənpərvər övladı kimi göstərdi. Biz dövlətçiliyimizin tarixinin öyrənilməsinə, onun uğurla davam etdirilməsinə vacib bir hadisə olduğunu bir daha cənab Prezidentin bu məsələyə diqqəti ilə görürük”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə