"Belə dinləmələr çox keçirilib və heç bir nəticəsi olmayıb" MÜNASİBƏT

“ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı səsləndirdiyi fikirlər qərəzli və Azərbaycanın əleyhinə olan qüvvələrin vaxtaşırı işə gətirilməsi ilə bağlıdır. Onlar bir növ aktivləşdiriliblər. Təbii ki, Helsinki Komissiyasının dinləmələrində ölkəmizin əleyhinə müxtəlif fikirlər səsləndirildi. Hansıki onun heç bir əsası yoxdur”. Bunu SİA-ya açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə Missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 11 aprel seçkiləri kifayət qədər şəffaf və demokratik keçirildi: “Biz cənab Prezident İlham Əliyevin parlaq qələbəsinin şahidi olduq. Beynəlxalq təşkilatlar da bununla bağlı müsbət rəyini bildirdilər. Yəni müəyyən o beynəlxalq təşkilatlarda olan həmin qərəzli qüvvələr indidə keçiblər başqa dairələrdə bu işi davam etdirirlər. Azərbaycan qarşı əsassız fikirlər səsləndirən amerikalı konqresmenlər, mütəxəssislər illərlə ölkəmizə fərqli yanaşıblar və qərəz nümayiş etdiriblər. Bununla belə xaricdə olan anti-Azərbaycan dairələr də aktivləşdiriliblər. Aylarla, illərlə səsləri çıxmayan bu qüvvələr birdən-birə ortaya düşürlər. Həmin insanlar öz aləmlərində sanksiyanı gündəmə gətirirlər. Yəni bunun heç bir əsası yoxdur. Bu gün ABŞ-Azərbaycan arasında çox gözəl münasibətlər var. İndiyədək belə dinləmələr çox keçirilib və heç bir nəticəsi olmayıb. Sapı özümüzdən olan baltalar erməni dairələrin təsiri altına düşüblər və mövqelərini dəyişiblər. Təbii ki, bunların heç birinin real əsası yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə