Azərbaycanın dünya tarixinə verdiyi İLK TÖHFƏLƏR

Azərbaycan dünya tarixinə bir sıra töhfələr verib. Ən qədim məskənlərdən biri olan ölkəmiz bir sıra dəyərlərinə görə, Avropa, Qərb ölkələrinə nümunədir. SİA Azərbaycanın dünyaya bəxş etdiyi ilkləri təqdim edir:

Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-1920-ci illərdə olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra dünya miqyaslı ilklərə imza atıb.

Demokratik quruluşlu dövlətlərin dünya bayraqları tarixində ilk dəfə səkkiz guşəli ulduz simvolundan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında istifadə edilib. Bu bayraq əvvəlcə qırımızı, sonra isə göy, qırmızı, yaşıl rəngli zolaqların əhatəsində Ayparanın ağuşunda təsvir edilib.

Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ da 1918-ci ildə Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi zaman verilib. ABŞ seniatının qadınlara səsvermə hüququ haqqında qərarı Azərbaycan Xalq Cümhuriyyətindən bir neçə il sonra təsdiq edilib. Müqayisə üçün xatırladaq ki, demokratiyanın beşiyi sayılan ABŞ-da həmin dəvrdə zəncilərin avtobusda oturması qadağan edilmişdi.

Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin banisi Uzun Həsənin anası Sara Xatundur. O, Osmanlı sultan və Qərb diplomatları ilə çoxsaylı görüşlər keçirərək, ölkəsinin maraqlarını müdafiə edib.

Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində uğura imza atıb.

Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.

İlk tamaşaya istedadlı aktyor və rejisssor Hüseyn Ərəblinski quruluş verib.

Müsəlman Şərqində ilk opera yazan kişi bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə həm də bu uğuruna imza atıb.

Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Cənubi Azərbaycanın Marağa şəhərində yerləşir . Bu Rəsədxananın banisi böyük Azərbaycan alimi, mütəffəkkiri Nəsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259-cu ildə yaradılıb.

Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə Semyanovun səyi, qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olub.

Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə məşhurlaşıb.

Dünyanın ən hündür bayraq dirəyi 2010-cu ilin sentyabrın 1-də Azərbaycanın paytaxtında istifadəyə verilib. 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, bünövrəsinin diameteri 3,2 bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə 350 kiloqramdır. Ginnes dünya rekordlar təşkilatı 2009-cu ilin mayın 9-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Dünyada ilk dəfə anelgeziyanın kəşf edən alim Mustafa Topçubaşovdur. 1937-ci ildə Dünya Anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu inyeksion efir yağ narkozunu “Analgezin”i kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asablığına görə, geniş tətbiq edilməyə başlanıb.

Dünya ədəbiyyatında ilk “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. “Xəmsə” beşlik deməkdir. Bura daxil olan əsərlər 5 böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqları bu usual müraciət etməyə başlayır.

Dünyada ilk duz mumya Azərbaycanda tapılıb. Tapılan duz mumya insan hazırda Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmudxan Zülfuqari Tarix Etnoqrafiya Muzeyində saxlanılır. İlk duz-mumya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oxford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumya 2350 il əvvəl yaşayan 16-18 yaşlı gənc oğlana aiddir. O çiynində duz daşıyarkən uçqun altında qalıb. Gənc oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqlarında olan ayaqqabı və dəridən olan duz kisə oz orginallığını itirmədən qorunub və xarab olmayıb. Bu, dünyada ən qədim tarixə malik olan duz-mumyadır.

Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulan, Abşeron yarımadasının 42 kilometriliyində, cənub Şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilən metal dirəklərin üstündəki estakada dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. Neft daşları dünyada “8-ci möcuzə” və ya “Möcuzələr adası” adı ilə məşhurdur.

Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. III Aleksandr bu məktəbin açılmasına icazə vermədikdə Hacı Zeynalabdin Tağıyev II Nokalay taxtda olduqda yenidən icazə almağa cəhd edir. Nikolayın həyat yoldaşı Aleksandra tacqoyma mərasimində ərizə verir. Bütün xərcləri ödəyəcəyini bildirmək şərtilə Banka yüksək vəsait qoymaqla 1896-cı ildə Bakının mərkəzi küçələrindən birində, 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə və Cənubda ilk dünyəvi qızlar məktəbinin açılmasına icazə alır.

Cənubi Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib.

Dünyanın ən gözəl bayrağı və dövlətinə sahib olan bizlər bu dəyərlərə sahib çıxmalı və onları qorumalıyıq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə