Ermənistanda daha bir neçə nazir istefa verib

Ermənistanda Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər. SİA-nın verdiyi məlumata görə, ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa edəcəklərini bəyan ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə