Ermənistanda etiraz aksiyaları yenidən başlayıb

Ermənistanda müxalifətin aksiyaları yenidən başlayıb. SİA-nın verdiyi məlumata görə, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar. Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər. Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan baş nazir təyin olunanadək kütləvi aksiyaların davam edəcəyini bildirib.

O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.

Həmçinin etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan qeyd edib ki, Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur, çünki xalqın namizədi Nikol Paşinyandır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə