Sarkisyan Partiya sədrliyindən də istefa verib

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, həmçinin partiya sədrliyindən də istefa verdiyini açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə