Politoloq: “İran da Ermənistandan üz döndərə bilər" MÖVQE

"30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı savaş simvolu sayılan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, sonunda Ermənistan xalqı dərk etdi ki, onların da firavan və müharibəsiz ölkədə yaşamaq haqqları var: "Bundan sonrakı gözlənti Ermənistan rəhbərliyinə sağlam və ayıq başla düşünən bir hakimiyyətin gəlməsidir. Hadisələr ildırım sürəti ilə baş verdiyinə görə, Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar. Yoxsa Kreml Sarkisyanı belə asanlıqla təhvil verməzdi. Ermənistan bütün sərhədləri boyunca türklərlə yaşamaq məcburiyyətindədir. Gürcüstan və İranla sərhəd bölgələrdə də türk əhalisi yaşayır. Bu reallıqdan qaçmaq mümkün deyil.

İndiki şəraitdə yalnız İran tərəfi Ermənistan üçün açıq qapıdır. Lakin təcavüzkar siyasət davam edərsə, bir gün İranın da düşmən ölkədən üz döndərəcəyini görə bilərik. Ən azından İranda 40 milyon azərbaycanlı yaşayır və hakimiyyətin bir gün onların əlinə keşəcəyi istisna deyil. Ona görə də Ermənistanın yeni formalaşacaq rəhbərliyi sülh tərəfdarı olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə