Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib. SİA-nın məlumatına görə, bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.

Y.Anoşin qeyd edib ki, orden Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin IX beynəlxalq görüşü çərçivəsində təqdim edilib:"Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya Prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib".

Bütün xəbərlər Facebook səhifəmizdə