Politoloq: “Moskva düyməyə basdı” AÇIQLAMA

“Moskva Serj Sarkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi: “Ancaq Moskva indi düyməyə basıb. Görünür, Kremldə anlayıblar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu uzun müddət davam edə bilər, bu isə anarxiyaya aparır. Ona görə də Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sərkisyana zəng edib, xarici işlər naziri Edvard Nalbandyanı isə təcili Moskvaya çağırıblar. Kremlin bu addımının iki məqsədi var. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirlər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayrlar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə