Erməni dövləti qarşısında Ermənistanın hər bir vətəndaşının məsuliyyətini dərk edərək, bütün idmançıları Respublika meydanında xalqa qoşulmağa çağırıram. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman və gənclik naziri vəzifəsini icra edən Hraçya Rostomyan deyib. O bildirib ki, siyasi mübarizədə xalq bir məqsəd ətrafında birləşməlidir.

H.Rostomyan, eyni zamanda, tutduğu vəzifədən istefa verib. Onun çağırışından sonra ölkənin məşhur idmançıları mitinqçilərin sıralarında görünüb. Belə ki, olimpiya çempionu Artur Aleksanyan, dünya çempionu Maksim Manukyan və bir çox digər məşhur idmançı etiraz aksiyalarına qoşulub. Hazırda idmançılar MOK-un binası yaxınlığında toplaşıb və xalqı siyasi mübarizəyə çağırırlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə