Hüseyn Abdullayev “söyüş müxalifətini” maliyyələşdirib

Yaxud, bütün iyrəncliklərə görə cavab verməyin vaxtıdır!

Xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürün - “söyüş müxalifətinin” bu istiqamətdəki oyunbazlıqları hələ bir müddət öncə onların fəaliyyətlərini araşdırmaq zərurətini yaratmışdı. Əslində, indi də həmin zərurət ortadadır və bu kimi xainlərin nə zamansa qanun qarşısında cavab verəcəkləri mütləq reallaşacaq. Necə ki, onları maliyyələşdirənlərdən biri - “Quska” ləqəbli Hüseyn Abdullayev artıq qanun qarşısında cavab verəcək. Söz yox ki, bu şəxslərin gündəmə gəlməsi əslində onların başqa qüvvələrin əlində alət olduğunu göstərir. Xüsusilə erməni lobbisi ilə sıx əlaqədə olanlar həmin xəyanətləri qarşılığında Azərbaycan xalqının nüfuzuna ləkə vurmağa çalışıblar.

72 min avroluq fakt!

Qeyd edək ki, artıq həbsdə olan "Quska" ilə yanaşı, “söyüş müxalaifətini” maliyyələşdirənlər arasında Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov və erməni lobbisinin pulları ilə böyük sərvət toplamış keçmiş səfir Arif Məmmədov da yer alır və onların hər biri barədə etdikləri xəyanətlərini sübuta yetirən kifayət qədər dosyelər, sübutlar mövcuddur. Artıq o da kimsəyə sirr deyil ki, həmin başıpozuqların maliyyələşdirilməsində iştirak edən bu siyasətbazlar əslində siyasi mövcudluqlarını göstərmək üçün radikal ünsürlərdən bir alət kimi də istifadə edirlər. Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərləri bilavasitə alət rolunu alıblar.

Məsələn, maliyyə maqnatı rolunda çıxış edən "Quska"nın ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro (ümumilikdə 72 min avro-R.R.) vəsait ayırdıgı barədə faktlar ortadadır. Bu arada Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə etdiyini həyasızcasına bəyan edən və president seçkisi ərəfəsində ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da başıpozuqların maliyyə dəstəkçisi rolunda çıxış etməsi barədə məlumatlar var.

Maskalar yırtılır...

Antimilli ünsürlərin erməni lobbisi ilə əlbirliyində Azərbaycan əleyhinə kampaniya aparmalarına xaricdəki soydaşlarımızın da mövqelərində ictimailəşmişdi. Xatırladaq ki, Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli Facebook səhifəsində O.Teymurxan, M.Mirzəli və digərlərinin Azərbaycana qarşı apardıqları kampaniyaya özünəməxsus tərzdə aydınlıq gətirmişdi. Həmin fikirləri bird aha xatırlatmağa dəyər: "Bu aksiyaya (söyüş aksiyası nəzərdə tutulur-R.R.) qoşulanlardan soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız".

Bəli, əlahəzrət faktdan yayınmaq heç vaxt mümkün olmayıb. Azərbaycan Prezidenti, dövlətimiz və xalqımız əleyhinə qarayaxma kampaniyası üçün böyük maliyyə vəsaiti ayıran bu iyrənc siyasətbazlar son bir neçə ayda faktiki olaraq antiazərbaycançı şəbəkənin ruporu olduqlarını öz çirkin əməlləri ilə təsdiqlədilər. Azərbaycanın düşməni olan erməni lobbisi ilə eyni cərgədə yer alan bu radikal ünsürlərin siyasi maskaları yırtıldıqca cəmiyyət onların simasızlıgını və əxlaq pozgunluqlarının bir daha şahidi olur. Məsələn, “Quska” ləqəbli Hüseyn Abdullayevin həbsi artıq onlardan birinin maskasının yırtılmasının bariz sübutudur…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə