Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək

Azərbaycan Milli Məclisinin (MM) Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçiləcək. SİA-nın xəbərinə görə, parlamentin mayın 1-də keçiriləcək plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə