Millət vəkili: “Sarkisyan klanının süpürülüb atılması hələ başlanğıcdır" MÜNASİBƏT

“Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla müqayisə edilə bilməz: “Çünki Ermənistan seçkilərə tam saxtakarlıq şəraitində getdi. Məsələn, iqtisadi, siyasi böhran, hərcmərclik, saxtakarlıq, siyahıda olan seçicilərin yarısından çoxusu belə heç Ermənistanda yox idi və s. Belə bir vəziyyətdə Ermənistan seçkilərə gedirdi. Bəs gəlin görək, Azərbaycan hansı şəraitdə seçkilərə gedirdi? Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanmış bir ölkə kimi, güclü iqtisadiyyata malik bir ölkə kimi, daxili stabilliyin, sabitliyin tam təmin olunması vəziyyətində olan bir dövlət kimi, xalq-iqtidar birliyinin güclü özünü göstərdiyi bir ölkə kimi, güclü orduya malik bir ölkə kimi və şəffaf, demokratik seçki keçirmək üçün bütün hüquqi əsasları olan ölkə kimi seçkilərə getdi. Bunların müqayisədi belədir. Seçkilərin nəticələri də bu dediklərimi təsdiq etdi.

Seçkilərin nəticələri Azərbaycanda ümumxalq bayramına çevrildi. Amma seçkilərin nəticələri Ermənistanda siyasi böhrana və bugünkü çaxnaşmalara, iğtişaşlara gətirib çıxardı. Serj Sarkisyan klanının süpürülüb atılması hələ başlanğıcdır. Ancaq çox ciddi siyasi, iqtisadi və hərbi böhran nəticəsində Ermənistan hələ uzun müddət özünü düzəldə bilməyəcək. Bizdə seçkilər baş tutan gecə xalq meydanlara, küçələrə axışaraq bunu toy, bayram etdi. Ermənistanda isə xalq ayağa qalxdı rejimi, xuntanı devirib atmağa və buna da nail oldular”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə