Azər Həsrət: "Azərbaycan öz müstəqil siyasətini yürütməkdə qərarlıdır" AÇIQLAMA

“ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş qərəzli iddialarda təəccüblü bir şey yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti yenə də özünü dünya jandarmı kimi hiss edir, ona görə də xoşuna gəlməyən, öz müstəqil siyasətilə seçilən dövlətlərə qarşı bu cür siyasət yürüdür: “Əslinə qalanda, bir şey anlamıram ki, necə olur bir dövlət başqa dövlətlərdə insan haqlarının durumunu dəyərləndirir? Hansı haqla? Bu iş üçün BMT başda olmaqla beynəlxalq təşkilatlar var. Hansısa bərabərhüquqlu dövlətin başqa dövlətlərin durumunu öz kefi istədiyi kimi dəyərləndirməsi sadəcə mənəm-mənəmlikdən irəli gəlir. Belə məsələlər isə Azərbaycanın qarşısında hər hansı öhdəliyə səbəb ola bilməz. Azərbaycan öz müstəqil siyasətini yütütməkdə qərarlıdır və bu mövqeyi ABŞ belə dəyişə bilməz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə