Mübariz Əhmədoğlu: “Sarkisyan dəhşətli dərəcədə həyasız adamdır”

“Bu Azərbaycanın apardığı siyasətdir, Azərbaycanın yaratdığı Ermənistandır, şəxsən ölkə prezidentinin apardığı siyasətin məntiqi nəticəsidir ki, Ermənistan acınacaqlı vəziyyətə düşməklə Serj Sarkisyan istefa verməyə məcbur oldu”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın zərrə qədər istefa vermək fikri yox idi: “Nə deyir desin ki, ay sükanda olmayacam, bunlar yalan söhbətlərdir. O konstitusiyanı dəyişib, Ermənistanı parlament respublikaya keçirəndə də niyyəti öz-özünü hakimiyyətdə saxlamaq idi, başqa bir niyyəti yox idi. İkincisi mən elə başa düşürəm və inanmıram Serj Sarkisyanın istefa verməsinə. Ola bilər bu Nikol Paşinyanla baş nazirin müavini, Karapetyan arasında razılaşdırılmış ssenaridir. Ola bilər, deyək ki, yaxınlarda parlament seçkiləri elan olunsun, Karapetyan da baş nazir postuna təyin edilsin. Bu halda, hər şey dəqiq bilinəcək. Ermənistanda yaxın 3 ay ərzində parlament seçkiləri keçiriləcək və seçkilərdə partiyası qalib gəlsə o yenidən baş nazir olacaq. Yəni Sarkisyan dəhşətli dərəcədə həyasız adamdır, o ya ölməlidir, ya da başqa variant yoxdur ki, hakimiyyətdən uzaqda dursun. Ona görə də mən Serj Sarkisyanın istefası ilə ciddi bir söz deməzdim və nə qismdə olsa hakimiyyətə qayıdacaq. Mən sizə deyim ki, onun evinin içində də son hadisələr öz təsirini buraxıb. Evinin içində də hədsiz gərgin vəziyyət var. Hətta bəlkə də lap öləni də var. Yaxın ailə üzvlərindən kimsə ölüb”.

M.Əhmədoğlunun sözlərinə görə, bütün hallarda vəziyyət Azərbaycanın xeyrinədir: “Erməni tarixində Sarkisyandan böyük yalançı, böyük gopçu olmayıb. Bu Avropanın əksər siyasətçilərini pulla qidalandırıb və hamısını anti-Azərbaycan üzrə kökləmişdi. Nə qazanırdısa anti-Azərbaycan xərcləyirdi. Axırı da bu oldu. Azərbaycan da Serj Sarkisyanın vurduğu zərbələri neytrallaşdırmaq üçün çoxlu siyasi resurs, maliyyə resursu xərcləyirdi və nəhayət ki, Azərbaycanın yolu, Azərbaycanın apardığı siyasət qələbə çaldı”.

Bütün xəbərlər Facebook səhifəmizdə