Qüdsdəki səfirliyin açılış tarixi məlum olub

ABŞ rəhbərliyi Qüdsdəki səfirliyini mayın 14-də açmağı planlaşdırır. SİA-nın verdiyi məlumata görə, bu barədə "Kommersant" nəşri İsrailin Rusiyadakı səfirliyinin press-attaşesi Aleks Qandlerə istinadən yazıb.

"ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı bu il mayın 14-də, İsrailin Müstəqillik Günündə baş tutacaq", - A.Qandler deyib.

Onun sözlərinə görə, İsrail tərəfi mərasimdə və dövlət müstəqilliyinin qeyd olunmasında çox mühüm qonaqların iştirak edəcəyini gözləyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə