“Rusiya Sarkisyanın hakimiyyətdən getməsinə razılıq verib”

“Bir neçə gündür ki, Ermənistanda gedən mitinqləri izləyirsiniz. Bu mitinqlərin bu qədər geniş vüsət almasında əsas amillərdən biri də Azərbaycanın yürütdüyü xarici siyasət, Prezident İlham Əliyevin regiondan böyük nüfuza sahib olması və Ermənistanın iqtisadi layihələrdən təcrid edilməsi səbəbindən iqtisadi gücünün zəifləməsidir”. Bunu SİA-ya “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsində yaxından iştirak edən hərbi rütbəli hakimiyyət üzvləri tərəfindən idarə olunan Ermənistan hakimiyyəti getdikcə zəifləyir: “Mitinq şüarlarına və iştirakçılarına diqqətlə baxın. Artıq xalq başa düşür ki, bu hakimiyyətlə çox getmək olmaz. Əsas zərbələrdən biri də Azərbaycanın aprel döyüşlərində əldə etdiyi qələbədir. Bu hakimiyyətin əsas fiaskosu burdan başlayır. Məhz bu səbəbdən müxalifət bloku dəfələrlə Dağlıq Qarabağla bağlı bir neçə təkliflərlə çıxış edib ki, bu səbəbdən aprel döyüşlərində onlardan heç kim könüllü iştirak etmək istəmirdi. Rusiya Federasiyası artıq Sarkisyan hakimiyyətinin getməsinə razılıq verib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə