“Prezidentin bu addımlarını dəstəkləməyə davam edəcəyik” MÜNASİBƏT

“İstər struktur, istərsə də kadr dəyişiklikləri tam olaraq zamanın və cənab Prezidentin strateji məqsədlərinin tələblərinə cavab verir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan elə bir mərhələyə çatıb ki, artıq burada qalmaqallardan uzaq, öz işinə sevgi ilə yanaşan kadrlara ehtiyac var: “Eyni zamanda dövlətin daha optimal idarə edilməsi üçün strukturların da optimallaşdırılmasına zərurət var. Bunları düzgün və vaxtında dəyərləndirməyi bacaran Prezident İlham Əliyev növbəti dönəmdə daha sürətli inkişafa nail olmaq üçün bu addımları atır. Biz də vətəndaş-seçici olaraq cənab Prezidentin bu addımlarını bütün varlığımızla dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə