Ərdoğan: "Biz ABŞ-dan pulnan silah ala bilmirik"

"Suriyada Türkiyə üçün təhlükə ilk növbədə onun strateji tərəfdaşlarından gəlir". SİA TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində deyib.

"ABŞ Suriyanın şimalına silahla dolu 5 min yük maşını göndərib. Biz ABŞ-dan pulnan silah ala bilmirik, lakin onlar və koalisiya qüvvələri terrorçu qrupları bu silah-sursatı pulsuz təmin edə bilirlər. O zaman təhlükə haradan gəlmiş olur? İlk növbədə strateji tərəfdaşlarımızdan", - deyə Türkiyə lideri bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə