Hikmət Babaoğlu: "Novruz Məmmədov dövlət siyasətini dərindən bilən bir şəxsiyyətdir” AÇIQLAMA

“Novruz Məmmədov hər şeydən öncə çox ciddi dövlətçilik, idarəetmə təcrübəsi olan, dövlət siyasətini dərindən bilən bir şəxsiyyətdir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Novruz Məmmədov hazırkı mürəkkəb şəraitdə beynəlxalq əlaqələri, beynəlxalq iqtisadi münasibətləri və onların diqtə etdiyi siyasi prosesləri dərindən bilən, analiz etməyi bacaran və müstəqil nəticələr çıxarmağı bacaran bir dövlət məmurudur: “Novruz Məmmədovun Azərbaycan cəmiyyətində bu vaxta qədərki ictimai reputasiyası yüksək olub. Bunu sadə dillə deməyə çalışaq. Azərbaycanda xeyli sayda məmurlar var ki, sadə insanlar onlar haqqında danışanda “bizlərdən biridir” deyə bilir. Bax, həmin məmurlardan biri də Novruz Məmmədovdur.

Sadə azərbaycanlı onun haqqında danışanda “bizlərdən biri” hesab edir. Düşünürəm ki, bu bir dövlət məmuru üçün çox böyük bir qiymətidr. Cənab Prezident dəfələrlə deyib ki, başda onun özü olmaqla hamımız Azərbaycan xalqının xidmətçiləriyik. Cənab Prezidentin idarəetmə fəlsəfəsi bundan ibarətdir. Mən düşünürəm ki, Novruz Məmmədovun bu sadəliyi, xalqdan bir olması elə onun xalqa və dövlətə xidmətinin əsasında dayanan başlıca faktor olacaq.

Buna görə də düşünürəm ki, dediyim nüansları nəzərə almaq lazımdır. Novruz Məmmədovu beynəlxalq iqtisadi və siyasi əlaqələri dərindən bilən, ciddi təcrübəsi olan bir məmur kimi nəzərdən keçirsək, eyni zamanda Azərbaycan iqtisadiyyatının beynəlxalq istisadi münasibətlər sisteminə inteqrasiya etdiyini, milli iqtisadi inkişafımızın davamı olaraq Azərbaycanın hazırda ciddi nəqliyyat qovşağına çevrilməklə qlobal iqtisadiyyatın bir parçasına çevrilsiyini nəzərə alsaq, bu sahəni dərindən bilən bir insan kimi ölkə iqtisadiyyatının inkişafı üçün də Novruz Məmmədovun verə biləcəyi çoxfaydalar var.

Bu da onun onun keçmiş dövlət məmuru təcrübəsinə əsaslanır. Mən Novruz Məmmədovu yeni təyinatı münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən icalsında Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov Azərbaycanın Baş naziri seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...