Novruz Məmmədov baş nazir vəzifəsinə namizəd oldu

Milli Məclisin xüsusi plenar iclası işini davam etdirir. SİA-nın xəbərinə görə, plenar iclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Azərbaycan xalqı aprelin 11-də baş verən tarixi hadisənin sevincini yaşayır.

Spiker qeyd edib ki, Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi onun xidmətlərinə verilən qiymətin və sonsuz inamın nəticəsidir: "Cənab Prezidenti parlament adından təbrik edir, iş fəaliyyətində uğurlar arzu edirik".

"Cənab Prezidentin andiçmə mərasimini Milli Məclisdə keçirməsi parlamentə olan münasibətinin göstəricisidir"- deyə, həmçinin spiker vurğulayıb.

Dövlət başçısının Milli Məclisə ünvanladığı məktubunu oxuyan Oqtay Əsədov bildirib ki, ölkə başçısının məktubunda Novruz İsmayıloğlu Məmmədovun Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb: "Novruz Məmmədovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Ölkə başçısı tərəfindən Novruz Məmmədov Şöhrət və müxtəlif ordenlərlə təltif olunub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə