Millət vəkili: “Prezidentin bu addımı cəmiyyət tərəfindən yüksək dəyərləndirilir" AÇIQLAMA

“Cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman bir daha onu göstərir ki, vətən uğrunda şəhid olmuş şəxslər heç vaxt unudulmur və şəhid ailələri daima dövlət qayğısı ilə əhatə olunur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, fərmanın özəlliyi ondadır ki, 1997-ci il 2 avqusta qədər şəhid olmuş şəxslərin ailələrinə bir dəfəlik yardım ödənilməmişdi: “Amma qanunvericiliyə əsasən qeyd etdiyim tarixdən bu günə qədər ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailələrinə bir dəfəlik müavinət verilirdi. Bu da 1997-ci ilə qədər şəhid ailələrin narzılığına çevrilmişdi. Qeyd etdiyim fərman isə bu fərqi aradan qaldırdı və qanun qüvvəyə minənə qədər olan şəhid ailələrinə veriləcək məbləğ 10 dəfə artırılaraq verilməsi nəzərdə tutulur. Ölkə başçısının yenidən Prezident seçilərək andiçmədən sonra ilk olaraq şəhid ailələrə müavinət verilməsi ilə bağlı fərmanın imzalaması bir daha Prezidentin xalqa sadiqliyindən və xalqın qəhrəman oğullarının ölkə başçısı üçün 1-ci yerdə olduğunun göstəricisidir.

Fərmanın maliyyə tutumlu böyük olmasına baxmayaraq cənab Prezidentin atdığı bu addım cəmiyyət tərəfindən yüksək dəyərləndirilir və ölkə ərazisinin işğaldan azad edilməsi istiqamətində böyük stimullaşdırıcı qərardır. Artıq hamı bilir ki, əgər Vətən, torpaq uğrunda şəhid olsan ailəsi daim dövlət qayğısı ilə əhatə olunacaq və cəbhəyə gedən hər bir əsgərə ailəsinin gələcəyini düşünmədən bir başa Vətən uğrunda düşünməyinə imkan verəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə