Ermənistanda gərgin vəziyyət getdikcə artır

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə etirazlar getdikcə artır.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, müxalif deputat Nikol Paşinyanın rəhbərlik etdiyi qrup nəqliyyat kommunikasiyalarının blokadaya alınacağını elan edib.

Küçələr yük maşınları ilə blokadaya alınacaq. Nikol Paşinyan qeyd edib ki, əgər plan baş tutsa, müxalifət bir neçə günə qələbə qazanacaq: “Bu, sübut edəcək ki, Sarkisyan ölkədəki vəziyyətə nəzarət edə bilmir”.

Polis isə artıq 16 nəfər aksiya iştirakçısını saxlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə