Politoloq: “Dünya ölkələrinin dövlətimizə inamı artıb” AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində də qeyd etdiyi kimi Azərbaycan son 15 il ərzində böyük demokratiya dövrü keçib. Eyni zamanda ölkəmiz dünyaya inteqrasiya edib, dünya ölkələrinin dövlətimizə inamı artıb və bunun nəticəsi olaraq bir çox beynəlxalq əhəmiyyətli tədbir və konfranslar ölkəmizdə keçirilib”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu da dünyanın Azərbaycanın hazırki hakimiyyətinə və şəxsən cənab Prezidentə olan etibarı və etimadıdır: “İstər ölkəmizin iqtisadi gücü, istərsə də beynəlxalq səviyyədə aparılmış olan siyasət buna zəmin yaradıb. Cənab Prezidentin rəhbərliyi və uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan regionda lider ölkəyə çevrilib. Ermənistan isə regionda həyata keçirilən bütün dünya əhəmiyyətli layihələrdən kənarlaşdırılıb. Bununla da Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm daxili siyasəti, həm də xarici siyasəti yüksək səviyyədə aparılıb və komanda şəklində iş yaxşı qurulub”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə