Milli Məclis sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxacaq

Sabah Milli Məclisin plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, sabahkı iclasda Baş nazir təyinatına baxılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Prezident həmin namizədi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə