Ermənistan polisi: “İrəvanda 166 aksiya iştirakçısı həbs olunub”

Son 13 saat ərzində Ermənistanın paytaxtı İrəvanda keçirilən nümayişlərdə həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin mətbuat xidməti xəbər yayıb.

Bundan öncə isə 107 nəfərin tutulduğu bildirilmişdi. Saxlanılanlar arasında Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da olub. Lakin o, sonradan azad edilib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanada Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə