Elxan Şahinoğlu: “Anjey Kaspişik artıq bu vəzifədə qocalıb” MÖVQE

“Anjey Kaspşiki Azərbaycanda tanımayan olmaz. ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsidir. Onlarla ATƏT sədri və həmsədr dəyişdi, o isə illərdir dəyişmir, bu vəzifədə qocalıb”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, onun həmyerlisi olan diplomatların birindən eşitmişdim ki, Kaspşik Polşa Xarici İşlər Nazirliyinə ona görə geri qayıtmaq istəmir ki, kefdədir, ATƏT-dən yüksək maaş alır: “Başqa ölkənin məlumatlı diplomatlarından biri isə bu günlərdə mənə başqa faktı dedi: “Anjey Kaspşiki elə varlanıb ki, ikinci villasını tikir”.

Bax belə, bu diplomatın işi-gücü atəşkəsin monitorinqini aparmaqdır. Ancaq bircə dəfə dilinə gətirməyib ki, bu atəşkəs niyə bu qədər uzanmalıdır, niyə torpaqlarımızın işğalı bu qədər uzanmalı və problem həll olunmamalıdır? Problemin həlli Ermənistanın və Rusiyanın maraqlarına cavab vermədiyi kimi Anjey Kaspşikin də maraqlarına cavab vermir. Əks halda vəzifəsinə də ehtiyac qalmayacaq, aldığı yüksək maaşdan da məhrum olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə