Deputat: “Azərbaycan xalqı hər zaman bu ünsürlərə yerini göstərib” AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində “milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi” fikri tamamilə reallığı əks etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycan xalqı hər zaman bu ünsürlərə yerini göstərib: “Çünki ölkə xalqı hər zaman Ümummilli Lider Heydər Əliyev siyasətini dəstəkləyir. Son seçkilərdə onun bariz nümunəsi idi. Bu satqınlar isə eynilə cənab Prezident İlham Əliyevin söylədiyi kimi məhz tarixin zibilliyindədirlər. O zibillikdə də bunlar eşələnə-eşələnə qalıblar və yalnız ətrafa üfunət saçmaqla məşğuldurlar. O zibillikdən onları heç kim çıxara bilməyəcək. Onlar oradaca da çürüyə-çürüyə gedəcəklər. Heç səslərini də o zibil yeşiklərindən çölə çıxara bilməyəcəklər. Bunların bu qədər mövqesiz hərəkətləri oldu. Ümumiyyətlə tək seçkilərdə deyil, onlar bütün proseslərdə anti-milli mövqedən çıxış etdilər, Azərbaycana hər fürsətdə zərbə vurmaq istədilər və Azərbaycanın adını hər yerdə biabır etdilər. Hətta onlar söyüş ritorikasına qədər getdilər və bütün mənəvi dəyərləri tapdaladılar. Beləcə bütün qırmızı xətləri keçdilər. Amma sonda Azərbaycanın dəyərli xalqı, millətimiz bu dəfə onların dərsini, cavabını maksimum səviyyədə verdi. Azərbaycan xalqı sərt şəkildə onlara öz etirazını bildirdi.

Nə qədər ki, bu millət Ümummilli Lider Heydər Əliyev siyasətini dəstəkləyir və bu qədər gözəl maariflənməsi var və s. onlar o zibil yeşiklərinin bir santimetrindən belə ora-bura başlarını çıxara bilməyəcəklər. Elə həmişədə orada iylənib qalacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə