Kursantlar arasında beynəlxalq idman yarışları davam edir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışları davam edir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kursantlar 57, 70, 84 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə mübarizəyə qoşulublar.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları daha çox fəallıq göstərərək bütün çəki dərəcələrində rəqiblərini məğlub ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə