DİN Təhsil Nazirliyi ilə birgə tədbir rəşkil edib FOTOLAR

Bu gün Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi birgə insan alverinə dair “Milli Fəaliyyət Planı”nın tədbirlər planına uyğun olaraq Azərbaycan Dövlət Dəmir Yolu Liseyində maarifləndirmə tədbiri təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbirin mövzusu “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbiri olub.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin direktoru Həsən Bayramov çıxış edib. Mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib, maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb, dövlətimizin bu yöndə apardığı işlərdən söz açılıb, vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq əhəmiyyət qeyd olunub.

Tədbirdə eyni zamanda DİN-in maarifləndirmə məqsədi ilə çəkdirdiyi “satılmış həyat” bədii filmi nümayiş olunub, buklet və büroşurlar paylanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə