Marukyan: “Sarkisyanın əleyhinə səs vermək lazımdır”

Ermənistan parlamentinin “Çıxış” fraksiyasının üzvü, “İşıqlı Ermənistan” müxalifət partiyasının lideri Edmon Marukyan parlament binasında jurnalistlərə açıqlamasında deyib ki, Serj Sarkisyanın baş nazir seçilməməsi üçün parlamentin xüsusi iclasını boykot etmək deyil, əksinə onun baş nazirliyə yolunun qarşısını kəsmək üçün seçkidə iştirak edib, əleyhinə səs vermək lazımdır.

“Əgər iclas çağırılırsa və biz də həmin iclasda iştirak etmiriksə, demək Serj Sarkisyanın baş nazir seçilməsinə şərait yaradırıq”, - deyə E.Marukyan bildirib.

Erməni deputatının sözlərinə görə, onun siyasi reallıq baxımından bir ay öncə verdiyi proqnozları özünü doğruldur.

Rövşən RƏSULOV

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...