Naira Zohrabyan: “Serj Sarkisyanın əleyhinə səs verəcəyəm” ETİRAZ

“Ermənistan parlamentinin müxalifətçi “Sarukyan” fraksiyasını təmsil edən deputatları azad şəkildə səs verəcəklər şəxsən mən, Serj Sarkisyanın əleyhinəyəm”. SİA xəbər verir ki, Naira Zohrabyanın bu fikirlərini Ermənistanın panorama.am saytı ictimailəşdirib.

Zohrabyanın sözlərinə görə, baş nazirin namizədliyi üzrə səsvermə açıq olacaq, bu və ya digər deputatların necə səs vermələrini hər kəs görəcək. O, qeyd edib ki, parlament binasına qədər rahat gəlib və müvafiq yollarda heç bir maneə ilə rastlaşmayb. Belə ki, “Çıxış” fraksiyasından olan deputat Nikol Paşinyanın və onun qiyamçılarının parlamentə aparan yolları bağadıqları barədə verilən məlumatlar hakimiyyətin uydurmasıdır. “Əgər ölkədə hakim Respublika partiyasınnın qərarlarına qarşı çıxış edən güclər varsa, konstitusiya qanunvericiliyinə görə, onlar öz qeyri-razılıqlarını bildirməlidirlər”-deyə erməni deputat N.Zohrabyan bildirib.

Rövşən Rəsulov

Bütün xəbərlər Facebook səhifəmizdə