Nikol Paşinyan sona qədər qiyam edəcəyini dedi və...

Yerevanda vəziyyət kökündən qarışdı

Ermənistan parlamentinin “Yelk” ("Çıxış") blokunun liderlərindən biri, müxalifətynlü deputat Nikol Paşinyan və tərəfdarlarının paytaxt Yerevanın mərkəzi küçələrini kəsərək, qiyam qaldırması və nəticədə özü də daxil olmaqla, tərəfdaşlarının ağır bədən xəsarətləri alaraq, xəstəxanaya qaldırılması ölkədaxili vəziyyəti daha da gərginləşdirib. Artıq hadisələrlə bağlı bir sıra erməni politoloqlarının da fikirləri ictimailəşməkdədir və həmin açıqlamalardan görünür ki, Paşinyan hakimiyyətə qarşı ciddi maneələr qurmağı qarşısına məqsəd olaraq qoyub. Xüsusilə, son zamanlar Ermənistanda keçirilən prezident seçkiləri, ölkənin parlament idarəçiliyinə keçməsi, eləcə də Serj Sarkisyanın baş nazir postuna sahib olaraq, ölkəni öz nəzarətində saxlamaq planının reallaşması vəziyyətin kəskin şəkildə dəyişməsinə səbəb oldu.

Politoloq Levon Şirinyan: “Azadlıq” meydanını mühasirəyə alıb, məsələni birdəfəlik qapatmaq olar”

“Bu, ümumxalq etiraz aksiyasıdır: əgər o böyüyərsə, genişlənərsə və iştirakçılar qanun çərçivəsində qalmağı bacararlarsa, hakimiyyəti idarə edən qruplaşma daxillərində olan ziddiyyətlər baxımından çatlar verə bilər”. SİA xəbər verir ki, bu fikirlərlə erməni politoloqu Levon Şirinyan çıxış edib və 1in.am saytına açıqlamasında bildirib ki, qiyamın baş qaldırmasında müxalifət partiyalarının olmamasına təəccüb edir. SİTAT: “Hə, qiyam baş tutdu. Nəqliyyat işləmir. Uğur mümkündür. İndi mühüm olan budur ki, hakimiyyət bəyanat verməli, nələri planlaşdırdıqlarını deməli, və xalqla hesablaşmaq üçün nə edəcəklərini bildirməlidir”.

Erməni politoloqu əlavə edib ki, daha yaxşı konsensusun olmasıydı, ancaq bu baş verməyib...

L.Şirinyan qeyd edib ki, əgər kritik kütlə yığılarsa, nəticələri demək olar: “Kritik kütlə yığılarsa, bu günkü mitinqlərin təşkilatçıları “Qarabağ”, Ermənistan Ümummilli Hərəkatının yolu ilə getməzsə, nə isə əldə etmək mümkündür. “Azadlıq” meydanını mühasirəyə alıb, məsələni birdəfəlik qapatmaq olar”

Respublika partiyasının deputatları: “Nokoldan hər şey gözləmək olar”

Ermənistanın “Hraparak” qəzeti isə yazır ki, hakim Respublika partiyasının parlamentdəki nümayəndələri aprelin 17-də Serj Sarkisyanın baş nazir seçilməsi üçün verəcəkləri səslərdən sonra heç bir narahatlığın baş verəcəyini desələr də, parlament binasında N.Paşinyanın və fraksiya üzvlərinin ferveyk etmələri onları ciddi şəkildə düşündürməyə başlayıb. “Birdən prezidentin çıxışı zamanı kimsə ayağa qalxıb, nə isə deyə bilər, Nikoldan hər şey gözləmək olar”-deyə adıçəkilən qəzet yazıb.

Qeyd edək ki, N.Paşinyan S.Sarkisyanın ba. Nazir seçiləcəyi halda bu vəziyyəti belə qoymayacağını bəyan edib və bildirib ki, ölkə müxalifəti ona dəstək olmasa belə, sonrakı hadisələrdə xalqı küçələrə çıxarıb qiyamını davam etdirəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə