Politoloq: “Azərbaycan xalqı növbəti dəfə sabitliyə səs verdi" MÜNASİBƏT

“Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. Beləliklə də, cənab İlham Əliyev xalqın böyük dəstəyi ilə yenidən Prezident seçildi. Bu münasibətlə ilk andan etibarən Prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”. SİA-nın verdiyi məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.

Rufiz Qonaqov seçkilərin nəticələri ilə bağlı konkret rəqəmlər və faktlarla çıxış edərək vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq çox böyük uğurlara imza atıb ki, bundan sonra da ölkəmizi bu inkişaf və uğurlar gözləyir. 1000-ə yaxın beynəlxalq və 60 min yerli müşahidəçinin iştirak etdiyi prezident seçkilərində çoxsaylı “Exit-poll” da var idi. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhətlər və Yardım Mərkəzinin Fransanın “Opinion Way” təşkilatı eləcə də, ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə açıqladıqları nəticələr seçkinin düzgün və dəqiqliyini sübut edib. Nəhayət, Mərkəzi Seçki Komissiyasının hesabatında bildirildi ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 86,03 faiz səslə liderdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə