Elxan Şahinoğlu: “Biz Suriyanın ərazi bütövlüyündə maraqlıyıq” MÖVQE

“Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın həm Rusiya ilə normal qonşuluq münasibəti var, həm də Türkiyə ilə münasibətlərimiz var: “Bizim bu məsələlərdə elə də böyük maraqlarımız yoxdur. Əsas hədəfimiz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməkdir. Biz digər bölgələrdə baş verən hadisələrə qarışmırıq. O baxımdan qarışmırıq ki, orada xüsusi maraqlarımız yoxdur. Əlbəttə ki, biz sabitlikdə və Suriyanın ərazi bütövlüyündə maraqlıyıq. Düşünürəm ki, hazırkı siyasətimiz doğru siyasətdir. Suriyada baş verən olayların da Azərbaycana elə böyük təsiri olacağını düşünmürəm. Bu gün Suriyada böyük dövlətlərin toqquşması ehtimalı var. Amma çox yaxşı haldır ki, həmin dövlətlər Azərbaycana gəldikdə ölkəmizlə əməkdaşlıq edirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə