Serj Sarkisyan əleyhdarları Yerevanın mərkəzi küçələrini bağlayıblar VİDEO

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar. SİA-nın məlumatına görə, polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb edirlər.

Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...