ADF-nin Seçki Müşahidə Missiyası: "Seçkilər azad mühitdə keçirilib"

Azadlıq və Demokratiya Fondunun Seçki Müşahidə Missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Müşahidə missiyasının rəhbəri Pere Masias Arau bildirib ki, səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib.

Onun sözlərinə görə, seçki məntəqələrinə giriş azad və müdaxiləsiz olub: "Seçicilərə heç bir təzyiq hallarını müşahidə etmədik. Bu və ya başqa halları nəzərə alaraq, hesab edirik ki, prezident seçkiləri azad mühitdə, şəffaf və beynəlxalq standartlara uyğun keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə