Veralub Arsiç: "Yüksək nəticəyə görə İlham Əliyevi təbrik edirəm"

Serbiya Parlamentinin sədr müavini Veralub Arsiç aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, parlament sədrinin müavini keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib: “Yüksək nəticəyə görə prezident İlham Əliyevi təbrik edir, ona işlərində böyük uğurlar arzu edirəm. Sizin ölkənizdə bayram əhvalı gördüm. Xalq öz prezidentini seçmək üçün sərbəst şəkildə, həm də fəallıqla məntəqələrə gedir, səsini verirdi. Məntəqələrdə olarkən hər hansı neqativ halla qarşılaşmadıq. Təşkilatçılıq yüksək səviyyədə idi”.

Veralub Arsiç Serbiya və Azərbaycan arasında mövcud münasibətlərə də toxunub. Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə münasibətlər uğurla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə