"Seçkilərin bu cür ədalətli və şəffaf keçirilməsi təqdirəlayiqdir"

"Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə keçirilir, şəffaflıq və ədalətlilik bu prosesin əsas xüsusiyyətini təşkil edir". SİA-nın verdiyi məlumata görə, bu sözləri "Pakistan Observer" qəzetinin baş redaktoru Faisal Zahid Malik deyib.

Onun sözlərinə görə, seçicilər məntəqələrə gələrək öz seçki hüquqlarından sərbəst şəkildə və qanunlara müvafiq surətdə istifadə edirlər:

"Biz beynəlxalq media təmsilçisi kimi seçki prosesini işıqlandırırq. Seçkilərin bu cür ədalətli, şəffaf keçirilməsi təqdirəlayiqdir. Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir".

Bütün xəbərlər Facebook səhifəmizdə