Xəyanətkar Tural Sadıqlı haqqında hansı faktlar üzə çıxdı? ARAŞDIRMA

Yaxud, övladına sahib çıxmayan, ailəsinin dağılmasına, bir insanın isə ölümünə səbəb olan “ədalət çarcısı”

Bir neçə müddətdir ki, Avropa küçələrində müxtəlif “aksiyalarla” Azərbaycanın dövlət maraqlarına və atributlarına qarşı hörmətsizlik edən “siyasi mühacirlərin” gah bu, gah da digər hallarda “sosial və siyasi ədalət” axtarışına çıxmaları onlar barədə bəzi araşdırmalar aparmağa səbəb oldu. Daha dəqiq desək, sosial şəbəkədə min-bir hoqqalardan çıxıb, məhz həmin vasitələr hesabına daimi oturum izni almaq üçün bəlli məqsədli dairələrin nökərlərinə çevrilənlər yığınağı sən demə, nə “aydan arı, nə də sudan duruymuşlar”... Özlərini “süddən çıxmış ağ qaşıq” hesab edənlərdən biri də Bakıda ailəsinin normal biznes qazancı, istirahət-əyləncə kompleksi olan Orduxan Bəbirovun (Teymurxanın) yandaşı Tural Sadıqlıdır. Bəs araşdırmalar nəticəsində bu şəxs haqqında əldə etdiyimiz detallar hansılardır? Elə isə Almaniyada yaşayan bir azərbaycanlı mənbənin verdiyi səhih məlumatlar çərçivəsində apardığım qeydlərə diqqət yetirək.

Tural Sadıqlı evlənəcəyi qızın ailəsinə Almaniyada daimi oturum izni olduğunu yalan söyləyib!

Demək, T.Sadıqlı hələ 2 il öncə, Almaniyanın Nürenberq şəhərində qaçqın statusunda yaşayarkən, bir xoşməramlı ailə onu necə deyərlər, “baş-göz”, yəni evləndirmək qərarına gəlib. Bu məqsədlə Sadıqlını evləndirmək istəyən ailə Moskvada yaşayan digər dost ailənin qızını onunla tanış ediblər və nədənsə Tural qızın ailəsinə Almaniyada daimi yaşayış izni olduğunu yalan söyləyib (?!-R.R.) Halbuki, o, bu yalanı ilə başqa bir ailənin heysiyyatı ilə oynayıb və qızı Nürenberqə gətirəndən sonra onu qaçqın statusu ilə düşərgəyə yerləşdirib. Düzdür, o toy da edib, həmin qızla evlənib də…Amma..!

Həyat yoldaşı dörd aylıq hamiləykən, ondan ayrılmaq qərarına gəlib - səbəbi döyülərək iki dəfə xəstəxanalıq olması və s. hadisələrdir

Amma evləndiyi gündən özünə həyat yoldaşı etdiyi həmin qıza gün-güzəran verməyən T.Sadıqlı demə həyatda özünü “mülayim” göstərdiyi kimi insan da deyilmiş. Buna sübut kimi, Turalın hər gün onu döyməsi və nəticədə yoldaşının iki dəfə xəstəxanaya düşməsi faktını göstərmək olar. Belə davam edə bilməyəcəyini görən xanım, Turaldan ayrılmaq qərarını verib, özü də dörd aylıq hamilə (!) olduğu vəziyyətdə…

Sonrakı məqamlar da diqqət yetirək. Belə ki, T.Sadıqlıdan ayrılan xanımına Almaniya dövlətinin müvafiq qurumları və Nürenberqdə yaşayan azərbaycanlı ailələr dəstək olublar. Çünki onun ailəsi bu gün də Rusiya vətəndaşlarıdırlar və Moskva şəhərində yaşayırlar.

Keçmiş qaynatasının ölümünə baiskar da Tural Sadıqlıdır!

Dəhşətli məqam isə budur ki, qız övladının ailə bədbəxtçiliyinə, daha doğrusu T.Sadıqlının öz həyat yoldaşının başına gətirdiyi oyunlarına dözə bilməyən qız atası baş verən hadisələrdən sonra kəskin infarkt keçirir və 42 yaşında həyatını itirir. Ancaq bir ailənin taleyinə bu qədər mənəvi və fiziki zərbələr vuran T.Sadıqlının baş verənlərdən “tükü belə tərpənmir”!

Beləliklə, insanların taleyi ilə oynayan, hətta ölümə baiskar olan T.Sadıqlı hələ də daimi oturum izni ala bilməyib. Çünki onun keçmiş həyat yoldaşı ondan bir qız övladı dünyaya gətirsə də, Almaniya hökumətinin müvafiq qurumlarından Turalı atalıqdan məhrum edən sənəd alıb. Əlbəttə ki, burada T.Sadıqlının onu iki dəfə möhkəm döyərək, xəsarətlər yetirərək xəstəxanaya yerləşdirilməsindən tutmuş, digər bəd əməlləri onun daimi oturum izni almaq şansını sıfıra endirib. İndi də həmin izni ala bilməyən T.Sadıqlı yenidən övladına atalıq haqqı almaq üçün məlum əməllərə al ataraq, kimlərinsə sifarişlərini həyata keçirir. Ancaq söz yox ki, ondan ayrılan sabiq həyat yoldaşı buna imkan verməyəcəyini deyir. Çünki T.Sadıqlının digər əməllərini kənara qoyaraq, təkcə həmin xanımın atasının ölümünə səbəb olduğu bir insan övladının “ata” deyə müraciət etməsi ən ağır mənəvi zərbə hesab edilə bilər.

Nəticədə biz, bu gün Avropada “siyasi mühacir” adı altında çirkin məqsədlərə xidmət edənlərdən yalnız biri haqqında araşdırma apararaq, həmin şəxsin necə “insan” olduğunu ortaya qoyduq. Yerdə qalan digərləri haqqında da bildiklərimizi və öyrəndiklərimizi dəyərli oxucularımızla bölüşəcəyik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə