Baş redaktor: “Cəmiyyətin ağıllı və vicdanlı adamları susmamalıdır” MÜNASİBƏT

“Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun xaricdə anti-Azərbaycan kampaniyası aparan bir qrub şəxs haqqındakı statusları kübarlığı və nəzakət tonu ilə seçilir”. SİA-nın verdiyi məlumata görə, bunu “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid özünün "faceboook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bütün fəaliyyətində və insanlara münasibətində məhz bu cür gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş və təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində də heç zaman bu nəzakəti itirmədi: “Sözügedən statuslarında da "hər bir adamın mahiyyətində bir xeyir başlanğıcı olduguna inanıram" söyləyib bu şəxsləri ədəb-ərkan çərcivəsində mübarizəyə çağırdı! Bu cür münasibətdən sonra da həmin adamların söyüş və təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyətində heç bir xeyir başlanğıcının qalmadığını göstərir! Belə məqamda isə cəmiyyətin ağıllı və vicdanlı adamları susmamalı, bu təhqir və söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdırlar! İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır-insanlar arasında da, sosial şəbəkələrdə də. Ağıllı və abırlı adamlar müşahidəçi mövqeyində qalmamalı, "beləsinə baş qoşmağa dəyməz " deyib yaxasını kənara çəkməməlidir! Bu baxımdan Əli müəllimin sözügedən statusları bütün vicdanlı, ağıllı vətəndaşlarımızı bir araya gətirməli, Azərbaycan cəmiyyəti üçün yad olan bu iyrənc mübarizə metodu kəskin şəkildə qınanmalıdır!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə