"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib"

2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Trend-in məlumatına görə, bu barədə ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir.

"Kapşikin ofisi zorakılığın istənilən növünə qarşı mübarizəni və sülh prosesinin davam etdirilməsini təmin etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərinin işinə fəal şəkildə təsir göstərib. 2017-ci ildə Kaspşik münaqişə tərəflərinin razılığı ilə inamın möhkəmləndirilməsi üçün gələcək variantlar üzərində axtarışları davam etdirib", - hesabatda belə deyilir.

Bununla yanaşı, hesabatda deyilir ki, tərəflərin dəstəyi ilə Kaspşik və komandası ötən il 24 monitorinq aparıblar: bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə