Yunus Oğuz: “Azərbaycan xalqı ağı qaradan seçməyi gözəl bacarır” MÜNASİBƏT

“Mənim fikrimcə hər hansı bir insan xüsusilə siyasətlə məşğul olan şəxs əgər opponentini söyürsə və təhqiramiz ifadələr işlədirsə deməli onun həm həyatda həm də siyasətdə deməyə sözü qurtarıb. Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun fikirləri ilə tam razıyam”. SİA-nın verdiyi məlumata görə, bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz özünün “facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, başqa ölkənin qucağında oturub öz dövlətinə millətinə onun rəsmi şəxslərinə qarşı hədyan söyləmək qorxaqlıqdan başqa bir şey deyil: “Azərbaycanda kifayər qədər demokratik siyasi mübarizə meydanı var. Buyurun gəlin və mübarizəni burda aparın. Gəlmirsinizsə deməli ya sizi kimlərsə idarə edir, ya da siz su bulandırırsınız. Azərbaycanın uğurlarına kölgə salmağa çalışırsız. Bu isə alınmayacaq. Çünki bu günkü Azərbaycan xalqı ağı qaradan seçməyi gözəl bacarır. Boşuna özünüzü yormayın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə