Əli Həsənov strateji məsələləri dərindən bilən məmur kimi yeni vasitələrdən dövlət maraqlarımız üçün çox effektiv istifadə edir MÜNASİBƏT

“Müasir texniki tərəqqi postmodernist cəmiyyətlərə ən müxtəlif ictimai kommunikasiya vasitələri təqdim edir. Hazırda internet resursları üzərindən çox fərqli metod və üsullarla ünsiyyət qurmaq istədiyinin kütləvi auditoriyaya asanlıqla çıxmaq mümkündür”. SİA-nın verdiyi məlumata görə, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu özünün "facebook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, yeni resurslarla informasiyanın idarə olunması və onun ictimai rəyə təsirinin səmərəli təşkili daha asandır: “Ona görə də bütün informasiya cəmiyyətlərində bu vasitədən məmnuniyyətlə istifadə edirlər. Əgər informasiyaya institusional forma verməklə onu hətta idarəetmə vasitəsinə çevirməyin mümkünlüyünü də nəzərə alsaq belə universal vasitədən istifadə etməyin nə qədər zəruri olduğunu görə bilərik. Azərbaycan da qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçilər 80 faizdən çoxdur. Belə olduqda əlbəttə bu resursların imkanlarından ilk növbədə informasiya təhlükəsizliyimizə cavabdeh olan qrumlar istifadə etməlidirlər. Elə edirlər də. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. İnformasiyanı bir qrup manipuliyatorun istismarına vermək qətiyyən olmaz. Çünki informasiya ictimai rəyi həmrəy edə biləcək gücə sahib olduğu kimi onu milli maraqların əleyhinə də formalaşdıracaq gücə sahibdir. Vəziyyət belə olduqda ölkəmizin informasiya təhlükəsizliyi kimi vacib məsələlərlə məşğul olan qrumlar və onlara rəhbərlik edən şəxslər də bütün növ vasitələrdən, o cümlədən “facebook”, “twitter”, “watsapp” kimi vasitələrdən istifadə etməlidirlər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu tipli strateji məsələləri dərindən bilən məmur kimi əlbəttə yeni vasitələrdən dövlət maraqlarımız üçün istifadə etməlidir və çox effektiv də istifadə edir. Ancaq görünür qlobal imperializmin bu silahından bir azərbaycanlı məmurun imperializmin nökərlərinə qarşı belə uğurla istifadə etməsi həmin nökərlərin və hətta onların ağalarının xoşuna gəlmir. Ona görə də öz məntiqsiz məntiqlərinə görə bunu müxtəlif formada yozmağa çalışırlar. Onlara elə gəlir ki, beləliklə ictimai rəyi manipulyasiya edərək onu doğru yoldan sapdıracaqlar. Ancaq xəbərləri yoxdur ki, kifayət qədər intellektual əsaslarda formalaşan Azərbaycan ictimai rəyi nəinki manipulyasiya ediləcək qədər sadəlöhv tam əksinə onunla manipuliyasiya etmək istəyənləri qınayacaq qədər kamildir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə