Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edəcəkdir AÇIQLAMA

“Son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanı regionun aparıcı dövlətinə çevirib. "11 aprel keçiriləcək Prezident seçkiləri hazırlıq prosesi çox yüksək səviyyədə gedir. Azərbaycanda seçkilərin keçirilməsi üçün kifayət qədər zəngin təcrübə toplanılıb və bu deməyə əsas verir ki, seçkilər demokratik və şəffaf keçiriləcək. Beynəlxalq təşkilatlar hər zaman Azərbaycandakı seçkiləri müşahidə etməkdə maraqlıdırlar. Hesab edirəm ki, seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edəcəkdir."

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...