Tərtər rayonunda gənclərlə görüş keçirilib

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsində gənclərlə görüş keçirilib.

Görüşdə Tərtər rayon şöbəsi seçki qərargahının sədri Ramiz Şabanov Prezident seçkiləri ilə əlaqədar olaraq görülən hazırlıq işlərindən, təbliğat-təşviqat kampaniyasında rayon gənclərinin rolunu qeyd edərək, onların bu dövrdə daha fəal olmalarının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin son 15 ildə ölkəyə rəhbərliyi dövründə gördüyü möhtəşəm işlər, təbliğat kampaniyasında əsas faktorlar kimi istifadə olunacaqdır. Azərbaycan gəncliyi, o cümlədən, Tərtər gəncləri inamla, İlhamla gələcəyə doğru devizi altında ölkəmizin növbəti 7 il ərzində bugünkü Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısının rəhbərləyi ilə uğurla addımlamaqda davam edəcəklər.

Tədbirdə vurğulanıb ki, tərtərli gənclər 11 aprel 2018-ci il tarixdə seçkilərdə fəal iştirak edəcək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə