Vidadi İsgəndərlinin “müdafiəçiləri” TƏRS BAXIŞ

Yaxud, həqiqət korları

Özünü gah “milli azadlıq hərəkatının” təmsilçisi, gah “hüquq müdafiəçisi”, gah da müxalifətin “aparıcı siması” kimi nümayiş etdirən və “siyasi mühacir” adı altında Avropada müəyyən anti-Azərbaycan qüvvələrinə işləyən Vidadi İsgəndərlinin bəlli “müdafiəçilərinə” baxarkən, ilk öncə onların həqiqət korları olduqlarını demək mümkündür. Niyə məhz həqiqət korları? Məsələ ondadır ki, V.İsgəndərlinin bəlli videosüjet ətrafında siyasi, eləcə də iyrənc manipulyasiyalar etməsi sonda onun doğma atasının (!) məzarından sui-istifadəsinin bilavasitə təsdiqi oldu. Məsələ ondadır ki, Avropada oturaraq, sözügedən təxribatçı videroliki əlində “bayraq” edib həmin hadisəni zorla “iqtidarın planı” şəklində ictimai rəyə sırımaq cəhdləri də məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış oldu.

Təkcə bu fakt belə deməyə əsas yaradır ki...

Hətta videorolikin çəkildiyi qəbirstanlığın V.İsgəndərlinin yurdu olan Göyçay rayonunun Məlikkənd kəndində çəkilmədyi tam olaraq isbatlandı. Ən azından, həmin kəndin sakinləri – ziyalıları, ağsaqqalları, sadə zəhmət adamları onun atasının qəbri qarşısında çıxış edərək bildirdilər ki, videorolokdə xristian dininə mənsub qəbirlər görünür və Məlikkənd ərazisində yerləşən iki qəbirstanlığın heç birində digər dinin təmsilçilərinə aid olan məzarlar ümumiyyətlə, mövcud deyil. Təkcə bu fakt belə deməyə əsas yaradır ki, V.İsgəndərlinin haray-şivənçilik saldığı və bu vasitə ilə hakimiyyətə həqarətlər, təhqirlər yağdırması sadəcə sui-istifadədir, özü də heç bir milli-mənəvi, əxlaqi dəyərlərə sığmayan sui-istifadə!

Lakin V.İsgəndərlinin “şəxsi keyfiyyətləri” barədə uzun-uzadı danışmağa da lüzum yoxdur, çünki onun neçə məxluq, yaxud ünsür olması artıq bütün çılpaqlığı ilə sübuta yetirildi. Ancaq bu məsələdə düşündürücü digər bir nüans da var...

Bənzər addıma gedəcək qədər ucuz fərdlər toplumu

Həmin nüans V.İsgəndərlinin “müdafiəçiləri” qismində çıxış edənlərin sosial şəbəkə və müxalifət mediasında necə deyərlər, ondan da betər şəkildə “şalvarlarını başlarına çəkmələridir”. Niyəsi isə məlumdur - həmin situasiyadan istifadə edib, siyasi maraqlarını təmin etmək, seçkiöncəsi mühitdə Azərbaycan xalqının, dövlət maraqlarının və s. faktorların üzərinə şər-böhtanlar yağdırmaq. Bu baxımdan, yazının əvvəlində qeyd etdiyimiz kimi, belələrinə həqiqət korları deməyin tam yeridir. Çünki ortada belə bir hadisənin hakimiyyət tərəfindən edilmədiyi sübutu ortaya qoyulsa belə, bu kimi həqiqət korları görməzlikdən gəlməyə davam edəcəklər. Olan isə əlbəttə ki, özlərinə olur. Necə ki, V.İsgəndərli doğma atasının məzarı üzərində siyasi oyunbazlıq elədisə, onun “müdafiəçilərinin” də bənzər addıma gedəcək qədər ucuz fərdlər toplumu olduğu tam şəkildə sübuta yetirildi...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə